Paste your Google Webmaster Tools verification code here

Fəaliyyəti

“Heç kim,  hətta atası Sultan Nəsrullah belə, təsəvvür etməzdi ki, bu arıq-cılız uşaq bir gün general olacaq”

1818-ci ildə İsmayıl bəy Peterburqda kadet məktəbində göndərilir. 1822 –cü ildə məktəbi bitirir  Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlayır, praporşik rütbəsi qazanır.

1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peterburq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır. Onunla birlikdə Varşavaya gedənlər arasında Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı.

Ismayıl bəy 1826-1829 cu illər Rus-Fars müharibəsində…

3 sentyabr 1826 cı ildə Şəmkir yaxılığında, 13 sentyabr 1826 cı ildə Yelizavetpol (Gəncə) yaxınlığında gedən döyüşlərdə iştirak etdi.

28 yanvar 1827 ci ildə Leytenant hərbi rütbəsi verilir.

Iyul 1827 ci ildə Abbas Abad qalasının mühasirəsində iştirak etdi. Həmin ilin sentyabrın da qala alındı.

24 sentyabr – 1 oktyabr 1827 ci il tarixlərində İrəvan uğrunda gedən döyüşlərdə iştirak etdi.

25 yanvar 1828 cı ildə Rus-Fars müharibəsində göstərdiyi rəşadətə görə 4 cü dərəcə Müqəddəs Anna və 3-cü dərəcə “Aslan və Günəş” medallarına layiq görülür.

İsmayıl bəy 1828-1829 Rus-Türk müharibəsində..

14 iyun 1829-cu il Qars bölgəsi yaxınlığında Qaki Paşanın ordusu darmadağın edilir.

19 iyun 1829-cu il Ərzurum Sərəskəriyinin əsas qüvvələri məğlub edilir.

23 iyun 1829-cu ildə Həsən qalası tutulur.

24-27 iyun 1829-cu ildə Ərzurum uğrunda döyüşlər başlayır və Ərzurum tutulur.

İyul 1829-cu ildə İsmayıl bəyə xidmətdə fərqləndiyinə görə baş-leytenant hərbi rütbəsi verilir və 3-cü dərəcə Müqəddəs Anna  oredni ilə təltif edilir.

6 yanvar 1831-ci ildə İsmayıl bəy əvvəlki mövqeyini dəyişərək Povloviskinin “Həyat Qvardiyasına” təyinat alır.

7 oktyabr 1831-ci ildə igidliyinə görə “Qızıl Qılınc” ordeninə layiq görülür.

1835-1836-cı illərdə Varşavadakı (Polşa) Qafqaz Müsəlman Süvari Alayında xidmət edir.

6 dekabr 1835-ci ildə kapitan hərbi rütbəsinə yüksəlir.

 

 

 

 

1836-cı ildən xüsusi tapşırıqları icra etmək üçün Xüsusi Qafqaz Korpusunda xidmətə başlayır.

28 iyun – 30 sentyabr 1837-ci ildə Qara-Qaytaq vilayətini idarə edib.

1838-ci ildə mayor rütbəsi verilir.

31 dekabr 1839-cu ildə mükəmməl xidmətinə görə polkovnik rütbəsinə yüksəlir.

6 dekabr 1850 –ci ildə Qafqaz Süvari Alayında xidmətlərinə görə general-mayor rütbəsinə yüksəlir.

1851-də ildə iki min manat gümüş pul miqdarında maaşla istefaya çıxsa da, ehtiyatda olan zabit kimi fəaliyyət göstərir, müəyyən hərbi işlərdə çalışır. İstefasından sonra Şamaxıda və Qutqaşında yaşamışdır.

Qüsursuz xidmətinə görə dördüncü və üçüncü dərəcə Müqəddəs Anna ordeni , Müqəddəs Vlademir, dördüncü dərəcə Müqəddəs Georgi ordeni, Müqəddəs Stanislav , üçüncü dərəcə “Günəş və Aslan” ordeni,  “Cəsarətə görə” Qızıl Qılınc ordeni və digər medallarla təltif dilmişdir.

 

“Bir millətin inkişafı və yüksəlişi onun maarflənməsindən aslıdır”

İsmayıl bəy Qutqaşınlı dövrünün ən böyük maarifçilərindən biri idi.

İsmayıl bəy 1849-cu ildə öz vəsaiti hesabına Şamaxı müsəlman məktəbi üçün bina kirayə edib, müəllim və xidmətçilərin maaşlarını ödəyib, istefaya çıxdıqdan sonra həmin məktəbdə rus dili müəllimi kimi fəaliyyət göstərib.

Xidmət illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaratmış, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnmiş, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olmuşdur. Eyni zamanda o, Azərbaycanın böyük marifçi alimləri - Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov və başqaları ilə yaxından dostluq etmişdir. Bu şəxslər Azərbaycan ədəbiyyatında «Paqonlu maarifçilər» adı ilə məşhurdurlar.

1850-ci ildə Rusiya Kənd Təsərrüfatı Cəmiyyəti Qafqaz şöbəsinin, 1864-cü ildə isə Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvlüyünə seçilir. Həmin coğrafiya cəmiyyətinin digər üzvlərindən biri Mirzə Fətəli Axundzadə idi.

İsmayıl bəy Qutqaşınlı camaahat içərisində xeyriyyəçi biri kimi tanınırdı. İnsanların maarflənməsi ilə bərabər, onların iqtisadi vəziyyətlərinin yüksəlməsi üçün də işlər görmüşdür. Dövrünün ziyalıları İsmayıl bəy haqqında olduqca müsbət fikirlər söyləmişlər. Qutqaşın və Şamaxı camaahatı da İsmayıl bəyə böyük sevgi və hörmətə yanaşmşlar.

İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri maraqlı xatirələr danışıblar.

Qohumlarından birinin dediyinə görə, həccdən qayıdarkən o, özü ilə bir qız və bir oğlan qul alıb və onları Qutqaşında azad edərək, yeni həyat qurmalarına səbəb olub.

 

 

 

 

Digər bir, əhvalata görə İsmayıl bəy İstanbulda olarkən, bir alverçidən şabalıdın qiymətini soruşub, lakin alverçi onun görkəminə baxıb deyib ki, “bu sənin xörəyin deyil”. Qüruruna toxunduğundan İsmayıl bəy Qutqaşına xəbər yollayıb ki, 40 dəvə yükü şabalıd göndərsinlər. Şabalıd gətirilib və İsmayıl bəy onu camaata paylayıb. Sultana xəbər çatdığında o bunun səbəbi ilə maraqlanıb, həmin alverçini cəzalandırılıb.

Heç kimin ayağına durmağı sevmədiyindən, həmişə evinə gələnlər onun ayaqüstə olduğunu görərmişlər, daima nökəri Çərkəzə kasıblara taxıl paylamaq göstərişi verərmiş.

Qutqaşın-Şamaxı bölgəsində iqtisadi vəziyyətin yaxşılaşması üçün ipək qurdunun yetişdirilməsində təşəbbüsləri olmuşdur.

İsmayıl bəy Qəbələ rayonunda qoz meşələrinin salınmasında xüsusi təşəbbüs göstərmişdir. Deyilənlərə görə İsmayıl bəy Qəbələ camaahatına qoz ağaclarını əkməsini məsləhət bilir və hər kiloqram qoz üçün bir qızıl verəcəyini deyir. Camaahat canfəşanlıqla meşələrdə, bağlarda, yol kənarlarında qoz ağacları əkirlər.  Məhsul yetişən kimi camaahat gəlir İsmayıl bəyin yanına ki qızıllarını versin. İsmayıl bəy gülümsəyərək onlara qızılın öz əllərində olduğunu söyləyir və məhsullarını satmalarını məsləhət verir.

İsmayıl bəy Qutqaşınlı baş verən ictimai proslərə biganə qalmamışdır. Xalqının azadlığını, rifahını,  vətəninin bütövlüyünü üstün tutmuşdur.

Rus ordusunda 25 illik xidmətdən sonra İsmayıl bəy 1847-ci ildən Şamaxıda «Bəy kommissiyası»nda işləmişdir

Salman Mümtaz İsmayıl bəyin sufi yolçusu deyil, kamil müsəlman olduğunu yazır. İsmayıl bəyin Məkkə ikinci  səfərinin kəşfiyyat xarakterli olduğu barədə də ehtimallar mövcuddur. Onun bu səfər əsnasında Osmanlıya bağlı ərazilərdə hərbçilərlə görüşməsi bu fikri qüvvətləndirir.

“Yol qeydləri”ndə kimlərlə görüşməsi, hansı əraziləri gəzməsi qeyd olunub. Hətta 1854-cü ilin aprelində Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Lakin bu məktub erməni polkovniki M.T. Loris-Məlikovun casuslarının əlinə keçib. Buna görə də 1855-ci ildən etibarən çar hökuməti İsmayıl bəyi nəzarətə götürüb. İsmayıl bəyin öldürülmə səbəbi də budur.